Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-13 09:08:32
V ixtisas qrupu üzrə sınaq imtahanları niyə keçirilmir? - Rəsmi cavab

Dövlət İmtahan Mərkəzi abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarını təmin etmək məqsədilə hər il I-IV ixtisas qrupları üçün sınaq imtahanları təşkil edir. V ixtisas qrupu üzrə isə bu imtahanlar keçirilmir. Bəzi valideynlər və abituriyentlər bu qrup üzrə sınaq imtahanlarının təşkil olunmamasından narazıdır.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə AzEDU.az-a açıqlamasında bildirib ki, DİM tərəfindən V ixtisas qrupu üzrə sınaq imtahanlarının təşkil olunması nəzərdə tutulmur: “V ixtisas qrupuna ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları daxildir. V ixtisas qrupuna aid ixtisaslara qəbul abituriyentin buraxılış imtahanından əldə etdiyi nəticələr əsasında həyata keçirilir. Ona görə də V ixtisas qrupu üzrə ayrıca sınaq imtahanları keçirilmir”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları