Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-11 12:41:38
Dünya tarixinin axarını dəyişən insanların ilk onluğu - 2 alim və 2 filosof

İngilislər fəaliyyət və  düşüncələri ilə dünya tarixinin axarını  dəyişdirən, onun inkişaf mexanizmini müsbət istiqamətə yönləndirən şəxsiyyətlərin siyahısını tərtib edib.

Maraqlıdır ki, ilk onluqda cəmi iki alim və iki filosof yer alıb.

İngilis alimi Riçard Overy 2007-ci ildə yazdığı “Əskiksiz dünya tarixi” adlı əsərində isə dünya tarixini dəyişdirən 50 hadisə və 50 şəxsiyyət “qızıl onluğ”a sadiq qalıb.

AzEDU.az ilk onluqda yer alan alim və filosofları təqdim edir:

Budda: Dünya düşüncə tarixində ən böyük inqilab yaradan insanlardan biri də Budda olub. O, yaratdığı mənəvi-idraki düşüncə sistemində mütləq kamilliyə varmağın yollarını göstərməyə çalışırdı. XXI əsr elm və texnoloji uğurlara söykənməsinə baxmayaraq bu gün də Buddanın arxasınca gedən milyonlarla insan var. 

Konfutsi - E.ə VI-V əsrlərdə yaşayan bu filosof Çin fəlsəfi fikir sisteminə ən çox təsir edən filosofdur. Çin fəlsəfi fikir sistemi isə öz növbəsində Şərq fəlsəfəsinin əsas bazisini təşkil etdi. Odur ki, qədim Şərq fəlsəfəsini möhkəmləndirən, dünyanın ideoloji fikir nəhənginə çevrilən Konfutsi dünya tarixini dəyişdirən şəxslər sırasındadır;

İsaak Nyuton - Reytinq cədvəlinin tərtibçilərini yerliçilikdə suçlasaq da, bu ingilis aliminin də dünya tarixində az iş görmədiyinin şahidi oluruq. O, böyük filosof olmaqla yanaşı, dünya elminin ən böyük inqilabçılarından biri idi. Modern fizikanın yaranması onun adı ilə bağlıdır. Dünyadakı sonrakı texniki inqilabların da bundan sonra başladığını nəzərə alsaq Nyutonu həqiqətən də dünya tarixini dəyişdirən şəxslər sırasında görə bilərik;

Albert Eynşteyn - Bəşəriyyət tarixinin ən ağıllı insanlarından hesab edilən yəhudi əsilli fizik dünya elmində inqilab yaratmaqla tarixdə də bir çox məqamların dəyişməsinə səbəb oldu. Onun Fotoeffekt, Nisbilik, eləcə də  başqa nəzəriyyə və fiziki qanunları bu gün də tam araşdırılmayıb. Ölümündən sonra beyni oğurlanan alim hələ də dünya elmində müəmma kimi qəbul olunur.

İlk onluqda yer alan digər şəxslər bunlardı: Makedoniyalı İsgəndər, Çingiz xan, Uilyam Şekspir, Napaleon Bonapart.

İlk iki pillənin sahibi isə İsa və Məhəmməd peyğəmbərlərdir.

Hazırladı: Elmin Nuri