Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-08 10:31:33
Albert Eynşteynin ATTESTAT FOTOSU - Bu dərslərdən "2" alıb

AzEDU.az dünya və Azərbaycan məşhurlarının orta məktəb, həmçinin, universitet göstəricilərindən bəhs edən yazılara start verir. 

İlk olaraq, dahi alim, müasir fizikanın atası sayılan böyük fizik, Nobel mükafatı laureatı Albert Eynşteynin attestat qiymətləri, orta məktəb göstəriciləri ilə tanış olacağıq. 

Heç kəsə sirr deyil ki, gələcəyin böyük alimi orta məktəbdə bir o qədər də yaxşı oxumayıb. Ən çox da riyaziyyatı zəif bilirmiş. Bu fənnə nifrət etdiyi də deyilir. Uşaqlığı, həyatı qəribəliklərlə dolu olan Albert 8 yaşında danışmağa başlayıb. Yəqin, bu amil də onun orta məktəb göstəricilərinə ciddi təsir göstərib. Çünki adaptasiya problemi, insanlara alışa bilməməsi elə gec danışmağı səbəbindən olub. Elə buna görə də, nə müəllim, nə də şagird yoldaşları onu heç zaman sevməyib. Dil müəllimlərindən biri onun gələcəyinin qaranlıq olduğunu da üzünə demişdi... Elə attestat göstəriciləri də bunu göstərirdi. Amma Eynşteyn bütün stereotipləri qırdı və elm tarixinin ən güclü alimlərindən birinə çevrildi. 

 ayn attestat.jpg

 

Hazırladı: Elmin Nuri