Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-07 10:59:18
Prezidentliyə namizədlər müəllimlərə nələr vəd edir?

Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində 8 namizəd mübarizə aparacaq. Bəs onlar seçiləcəkləri təqdirdə müəllimlərə nələr vəd edir?

AzEdu.az saytı prezidentliyə namizədlərin müəllimlər üçün nəzərdə tutduqları tədbirləri təqdim edir:

Razi Nurullayev: “Təhsil büdcənin önəmli hissəsi ilə əhatə olunacaq. Müəllimlər dövlət qulluqçusu statusu alacaq və ləyaqətli əməkhaqqı ilə təmin olunacaqlar”.

Hafiz Hacıyev: “Bu gün müəllimlərimizin maaşı çox azdır. Mən seçildiyim təqdirdə onların minimum əməkhaqqısı 1000 manat olacaq. Hamısından olmasa da, bəzi sosial məsələlərdən azad edilmələri üçün əlimdən gələni edəcəm”.

Fərəc Quliyev: “Müəllim maaşlarının verilməsində onların səviyyəsinə görə fərqləndirmə aparmalıyıq. Bütün müəllimlər üçün bunu tətbiq etmək lazımdır ki, maaşları öz potensiallarına uyğun olaraq verilsin. Bu təbəqənin vəziyyətini dərhal, qısa zaman ərzində əmək haqqılarını qaldırmaqla, sonra isə müəyyən tədbirlə görməklə yaxşılaşdırmaq olar”.

Sərdar Cəlaloğlu: “Müəllimlərin əməkhaqqısı ən azı 2-3 dəfə artırılmalıdır. Eyni zamanda onların demokratik təhsil sisteminə keçirilməlidir. Müəllimlər dövlət səviyyəsində ən yüksək əməkhaqqı ilə təmin olunmalıdırlar. Onların ən vacib problemlərindən biri mənzillə bağlıdır. Bütün müəllimlər birinci növbədə mənzillə təmin olunmalıdırlar”.

Zahid Oruc: “Yüksək nəticə göstərən müəllimlərin maaşlarını indikindən 2-3 dəfə artıq etmək lazımdır. Düşünürəm ki, bunun üçün yetərincə resurs var və qətiyyən inflyasiya problemi yaratmayacaq. Bundan əlavə bu peşə sahiblərinin toxunulmazlıqlarını təmin etmək üçün ona müəllim münasibəti olmalıdır. Azərbaycan müəllimi fəhlə və ya işçi qüvvəsi deyil prinsipi ilə hərəkət etmək lazımdır. Bundan ötrü mütləq ayrıca qanun qəbul olunmalıdır”..