https://www.zirve.edu.az/
27.02.2019 09:15
Azərbaycanlı tələbələr Avropada Xocalı dəhşətlərindən danışdılar  
Çap et

Macarıstan Gənclər Birliyi və Azərbaycan Səfirliyinin təşəbbüsü  ilə Macarıstanın paytaxtı Budapeşt  şəhərində “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbir keçirilib.

Macarıstanda Budapeşt Business School-da təhsil alan həmyerlimiz Murad Aslan AzEdu.az-a açıqlamasında bildirib ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən tədbir zamanı macarlara Qarabağ həqiqətləri barədə geniş məlumat verildi:

“Budapeşt şəhərində   “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən tədbir təxminən 2-3 saat davam etdi. Onu da qeyd edim ki, keçirilən tədbiri macarlar  çox maraqla qarşıladılar”.

Macarıstanın Korvinus Universitetində təhsil alan Abdulla Məmmədli bildirib ki,  Budapeştdə “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən tədbirin əksər hissəsini tələbələr təşkil edirdi:

“Macarıstanda təhsil alan təxminən 30-35 tələbə tədbirdə  iştirak edib. Ümumiyyətlə, hesab edirəm ki, Xocalı həqiqətlərini dünyaya çatdıraraq beynəlxalq aləmdə daha da tanıtmaq hər bir azərbaycanlının vəzifəsidir”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları