Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-05 08:38:53
Attestat ala bilməyənlər üçün YENİ ŞANS

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şəxslər üçün 15-16 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.

Azedu.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, qeydiyyat və sənəd qəbulu 5-30 aprel tarixlərində (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə buraxılış imtahanı verərək həmin səviyyə üzrə müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.