![](https://azedu.az/uploads/news/2019/02/azedu.az_banm_120219_795.jpg)
Bakı Ali Neft Məktəbində (BANM) “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən “Məsafədən müşahidənin əsasları” adlı seminar keçirilib.
AzEdu.az-ın məlumatına görə, seminarda BANM-ın rektoru Elmar Qasımov, Azərkosmos-un nümayəndələri, Ali Məktəbin müəllim və tələbələri iştirak ediblər.
Ali Məktəbin rektoru bildirib ki, BANM “Azərkosmos” ASC ilə uğurla öz əməkdaşlığını davam etdirir. Rektor bildirib ki, BANM-ın tələbələri “Azərkosmos” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "CanSat Azərbaycan 2018" müsabiqəsində “İnterstellar” komandası adı altında ikinci yeri qazanıblar. Ali Məktəbin tələbələri Azərkosmosun təşkil etdiyi layihələrdə bundan sonra da böyük həvəslə iştirak edəcəklər.
Seminarda Ali Məktəbin tələbələrinə “Azərkosmos” ASC-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Tərlan Məmmədzadə, Mərkəzdə mühəndis-proqramçı Cavid Xəlilov, Təsvirlərin emalı qrupunun Məsafədən zondlama üzrə aparıcı mütəxəssisləri Elman Ələsgərov və İsmət Baxışov tələbələrin qarşısında böyük təqdimat ediblər.
Əvvəlcə tələbələrə “Azərkosmos” ASC-nin fəaliyyəti və tələbələr üçün təşkil edilən layihələr haqqında məlumat verilib. Daha sonra “Məsafədən müşahidənin əsasları” adlı seminarda peyklər və məlumatların əldə olunması, elektromaqnit enerjisi, məkan və spektral məlumatlar, təsvirlər, süni intellekt haqqında prezentasiya edilib.
Seminardan sonra Azərkosmos-un nümayəndələrinə BANM-ın kampusunu ilə yaxından tanış olmaq üçün tur təşkil edilib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)