Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-04 07:40:33
Azərbaycanın tanınmış tibb akademiki vəfat etdi

Azərbaycanın görkəmli alimi, cərrah, tibb xadimi, pedaqoq, Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasının müdiri, M.Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru, akademik Böyükkişi Ağayev vəfat edib.

Azedu.az xəbər verir ki, 90 yaşlı akdemik bu gün dünyasını dəyişib. Alimlə vida mərasimi bu gün saat 13:00-dan 15:00-a qədər AMEA-nın Əsas binasında keçiriləcək.

Qeyd edək ki, B.Ağayev Azərbaycan tibb elmini, səhiyyə və təhsilini yorulmaz nəzəri və praktiki fəaliyyəti ilə daim zənginləşdirən, onların tətbiq sahələrini genişləndirməyə çalışan məhsuldar elm adamı, bacarıqlı səhiyyə təşkilatçısı idi.

B.Ağayev 400-dən çox elmi və publisistik əsərin, o cümlədən 9 ixtira və 25-dən çox səmərələşdirici təkliflərin müəllifidir. Onun elmi əsərlərinin 200-ə yaxın xaricdə çap olunub. Alimin rəhbərliyi ilə tibb üzrə 62 fəlsəfə doktoru, 11 elmlər doktoru müdafiə edib.

Akademik B.Ağayev 1973-cü ildən bu günə kimi Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasına rəhbərlik edirdi. Onun elmi fəaliyyətinin əsas istiqamətini mədə qanaxmalarının müalicəsində iynəsiz inyektorun tətbiqi, qaraciyər, öd yolları və mədəaltı vəzin ağır xəstəliklərinin cərrahi müalicəsində intero corporal lazer aşağı tezlikli maqnit metodu, böyük həcmli cərrahi əməliyyatlarda orqanizmin daxili sabitliyinin saxlanılmasında su-duz mübadilsənin, böyrəküstü vəzinin funksiyasının tənzimlənməsinin rolu və s. təşkil edib.