https://www.zirve.edu.az/
07.02.2019 10:48
İspaniyada təhsillə bağlı ən çox verilən suallar – Cavablar 
Çap et

Güclü təhsil sisteminə malik ölkələrdən biri də İspaniya Krallığıdır.

 Son illərdə burada təhsil almaq istəyən gənclərin sayı isə durmadan artır.

AzEdu.az tələbatı nəzərə alaraq İspaniya təhsillə bağlı ən çox verilən sualları və onların cavablarını təqdim edir:

-Hazırda Azərbaycan Tibb Universitetində təhsil alıram. İspaniyada təhsilimi davam etdirmək istəyirəm.  Bilmək istərdim ki, bunun üçün nə etmək lazımdır?

-İspaniyada təhsil almaq üçün ilk növbədə İspan dilini öyrənməlisiz.

-İspaniyada psixologiya ixtisası üzrə magistr təhsili almaq istəyirəm. Orada təhsil  almaq üçün nə qədər IELTS  balı tələb olunur?

 -İspaniyada İngilis dilində  Psixologiya  ixtisası üzrə magistr proqramı yoxdur. İngilis dilində psixologiya ixtisası üzrə magistr təhsilini Böyük Britaniyada oxuya bilərsiniz. İspaniya universitetlərində təhsil almaq üçün  İELTS 6.5 tələb olunur.  

-Hazırda Bakı Dövlət Universitetində filologiya fakültəsi üzrə təhsil alıram. İspaniya dövlət universitetlərində qiyabi oxuya bilərəm?

-İspaniyada dövlət universitetlərində qiyabi təhsil almaq olmur.

-Bakı Dövlət Universitetində regionşünaslıq fakültəsində oxuyuram. İspaniyada magistr səviyyəsində oxumaq üçün mütləq ispan dilini bilməliyəm?

-İspaniyada  ingilis dilində də təhsil almaq üçün proqramlar var.

-İspaniya universitetində təhsil haqqı və tələbələrin aylıq yaşayış xərcləri nə qədərdir?

İspaniyanın özəl universitetlərində  təhsil haqqı 12-20 min avro arasında dəyişir. Orada tələbələrin yaşayış xərci isə 700-1200 avro arasındadır.

Qeyd edək ki, sualları “CELT” xaricdə təhsil mərkəzinin məsləhətçiləri cavablandırıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları