Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-07 00:23:00
Məktəblilər zəlzələ zamanı davranışla bağlı məlumatlandırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi fevralın 6-da Qusar rayonunun Bədirqala kənd orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. FHN-dən AzEdu.az-a verilən məlumata görə, tədbir zamanı məktəbin müəllim və şagirdlərinə müxtəlif xarakterli təbii və texnogen xarakterli fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları ilə bağlı məlumatlar verilib.

 

Sonra məişətdə və nəqliyyatda yanğın, dəm qazı, zəlzələ və torpaq sürüşməsi zamanı təhlükəsiz davranış qaydaları, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə hadisələrin vaxtında qarşısının alınmasında “112 qaynar xətti”nin roluna dair məruzələr dinlənilib.

 

Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, suallar cavablandırılıb.