
Yerevan Dövlət Universitetinin (YDU), təxminən, 200 əməkdaşı bu gün Ermənistan hökumətinin elmi laboratoriyalarının maliyyələşdirilməsi üçün tenderlərin keçirilməsinə dair qərarına qarşı etiraz aksiyasına başlayıb.
AzEdu.az-ın məlumatına görə," etirazçılar hökumət binasına doğru hərəkət edirlər.
"Nazirlər Kabinetinin və Maliyyə Nazirliyinin qərarına əsasən, elmi laboratoriyaların maliyyələşdirilməsi üçün tenderlər tələb olunur. Bu o deməkdir ki, hansısa özəl şirkət bu tenderlərdə iştirak edə bilər, YDU-nun əməkdaşları isə işsiz qalacaqlar. Bizə bu barədə ilin əvvəlində məlumat verildi, bu qərarı heç müzakirə belə edə bilmədik", - universitet əməkdaşlarından biri deyib.
Etirazçıların sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, təxminən, 450 elmi laboratoriya işçisi işsiz qala bilər.
(Report.az)
kitabı







