Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-05 10:45:00
Normativdən artıq yük daşıyan şagirdlər – Pozulan tələblər, “qarışqalaşan” məktəbli  

Ümumi təhsil sistemində dərslik siyasəti prioritet istiqamət hesab edilir.Dərslik siyasətini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

AzEdu.az ibtidai siniflər üzrə fənlərin, dərslərin sayı, dərsliklərin ümumi çəkisi və bir dərsliyə hesablanan ortalama çəkini təqdim edir:

Birinci siniflərdə:

Azərbaycan bölməsi üzrə fənlərin sayı 9, dərslərin sayı 5, dərsliklərin ümumi çəkisi 1,34 kq, bir dərsliyin orta hesabla çəkisi isə 0,27 kq-dır;

Rus bölməsi üzrə fənlərin sayı 10, dərslərin sayı 6, dərsliklərin ümumi çəkisi 1,47 kq, bir dərsliyin orta hesabla çəkisi isə 0, 25 kq-dır.

İkinci siniflərdə:

Azərbaycan bölməsi üzrə fənlərin sayı 9, dərslərin sayı 8, dərsliklərin ümumi çəkisi 1,93 kq, bir dərsliyin orta hesabla çəkisi isə 0,24 kq-dır.

Rus bölməsi üzrə fənlərin sayı 10, dərslərin sayı 9, dərsliklərin ümumi çəkisi 2,1 kq, bir dərsliyin orta hesabla çəkisi isə 0, 23 kq-dır.

Üçüncü siniflərdə:

Azərbaycan bölməsi üzrə fənlərin sayı 9, dərslərin sayı 8, dərsliklərin ümumi çəkisi 2,07 kq, bir dərsliyin orta hesabla çəkisi isə 0,26 kq-dır.

Rus bölməsi üzrə fənlərin sayı 10, dərslərin sayı 9, dərsliklərin ümumi çəkisi 2,34 kq, bir dərsliyin orta hesabla çəkisi isə 0,26 kq-dır.

Dördüncü siniflərdə:

Azərbaycan bölməsi üzrə fənlərin sayı 9, dərslərin sayı 8, dərsliklərin ümumi çəkisi 2,34 kq,  bir dərsliyin orta hesabla çəkisi isə 0,29 kq-dır.

Rus bölməsi üzrə fənlərin sayı 10, dərslərin sayı 9, dərsliklərin ümumi çəkisi 2,45 kq, bir dərsliyin orta hesabla çəkisi isə 0,27 kq-dır.