Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən vakant inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edilir!
Bu barədə AzEdu.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Vakant vəzifələr:
Təsərrüfat işləri üzrə direktor müavini
Təsərrüfat müdiri
Uşaq birliyi təşkilatı rəhbəri
Kitabxana müdiri
Kitabxanaçı
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri
Psixoloq
Katibə-kargüzar
Laborant
İnternat tipli ümumi təhsil müəssisələrində tərbiyəçi
Vəzifələrin tutulmasına dair tələblər:
//docs.google.com/.../1du2UydVH_3SxytcSc1.../edit...
Müsabiqənin mərhələləri:
Qeydiyyat
Test imtahanı
Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə yalnız həmin tələblərə cavab verən namizədlər qeydiyyatdan keçməlidirlər.
Namizədlərin təqdim etdikləri sənədlər əsasında müraciət etdikləri vəzifəyə uyğunluğu qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının tələblərinə uyğun olaraq yoxlanılacaq.
Qeydiyyat üçün link:
//docs.google.com/.../1FAIpQLSf1gjyglKr.../viewform...
Test imtahanı:
Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq.
15 sual – Azərbaycan Respublikasının qanunvericiliyi
15 sual – informasiya-kommunikasiya texnologiyaları
30 sual – müraciət edilən vəzifə üzrə peşə bilikləri
Test imtahanında hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 30 və daha çox bal toplayan namizədlər müsabiqədən uğurla keçmiş hesab edilirlər. Müsabiqənin nəticələrinə uyğun olaraq namizədlərin vakant vəzifələrə təyinatı həyata keçirilir və ya onlar 1 il müddətinə ehtiyat kadr siyahısına daxil edilirlər.
Ehtiyat kadr siyahısına daxil edilmiş namizədlər həmin müddət ərzində müvafiq vəzifələr üzrə yeni vakant yerlər yarandıqda, müəyyən edilmiş qaydada işə təyin oluna bilərlər.
Qeydiyyat zamanı tələb olunan sənədlər:
Şəxsiyyət vəsiqəsinin surəti;
Təhsil haqqında sənədin surəti;
Əmək kitabçasının surəti (olduğu halda);
Namizədi xarakterizə edən əlavə sənədlər (sertifikat, diplom və s.) – istəyə bağlıdır.
Sənədlər skan edilmiş formada qeydiyyat linkində müvafiq bölməyə yüklənməlidir.
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə müraciət edən namizədlər qeydiyyat zamanı hərbi biletin surətini də qeydiyyat sisteminə yükləməlidirlər.
Eyni vakant yer üzrə iki və ya daha çox namizəd eyni bal topladığı halda aşağıdakı ardıcıllıqla üstünlük veriləcək:
Təhsil səviyyəsi daha yüksək olan namizədə;
İş stajı daha çox olan namizədə;
Təhsil müəssisəsinə daha yaxın ərazidə yaşayan namizədə.
Qeydiyyat prosesi 11–18 avqust tarixlərini əhatə edəcəkdir.
Namizəd yalnız bir vakant vəzifə üzrə qeydiyyatdan keçə bilər.