Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq uğura imza atıb.
AzEdu.az xəbər verir ki, ABŞ-nin nüfuzlu qiymətləndirmə proqramlarından biri olan "Global Recognition Awards" beynəlxalq müsabiqəsində Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti yüksək qiymətləndirilib.
Fond son illər ərzində fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi işlər və əldə etdiyi nəticələrə görə müsabiqənin qalibi seçilərək "2026 Global Recognition Award" mükafatına layiq görülüb.