2026/2027-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə ixtisaslara ayrılan plan yerləri məlum olub.
AzEdu.az “Abituriyent” jurnalının 4-cü nömrəsində dərc olunan qəbul planına əsasən 4-cü ixtisas qrupu üzrə Tibb ixtisası üzrə builki və ötən ilki qəbul olanı barədə yazı hazırlayıb.
Azərbaycan Tibb Universiteti:
Tibb - 520
Tibb (tədris ingilis dili) - 15
Ötən illə müqayisədə plan yerlərində dəyişiklik olmayıb.
Təhsil haqqı 5000 manat.
Ötən illə müqayisədə 1500 manat təhsil haqqında azalma var.
Qarabağ Universiteti:
Tibb - 72
Ötən illə müqayisədə 2 plan yeri artırılıb.
Yalnız dövlət sifarişli təhsil mümkündür.
Naxçıvan Dövlət Universiteti
Tibb - 60
Ötən illə müqayisədə plan yerində 15 azalma var.
Tibb (tədris ingilis dili) - 40
Ötən illə müqayisədə 15 plan yeri artıb.
Təhsil haqqı 2800 manat.
Ötən illə müqayisədə təhsil haqqı 100 manat artıb.
Nəticədə görünür ki, tibb üzrə yenə də ən çox tələbə qəbulu və ən çox təhsil haqqı ATU-nun payına düşür.