Azedu.az

10-cu sinif şagirdi RFO-dan qızıl medal qazanıb

Gəncə-Daşkəsən

25 Aprel 2026, 09:09
10-cu sinif şagirdi RFO-dan qızıl medal qazanıb

Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumi təhsil məktəbinin 10-cu sinif şagirdi Kərimbala Əkbərov Respublika fənn olimpiadasında qızıl medala layiq görülərək növbəti uğuruna imza atıb.

Bu barədə AzEdu.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Kərimbala ötən il də eyni müsabiqədə yüksək nəticə göstərərək gümüş medal qazanıb. Bu il isə o, əzmi və davamlı hazırlığı sayəsində nəticəsini daha da yüksəldərək olimpiadanın qızıl medalçısı olub.

Kərimbalanın uğurları bununla məhdudlaşmır. O, həmçinin “Əlaçı” intellektual televiziya oyununun ikiqat qalibi olaraq da bilik və dünyagörüşünü nümayiş etdirib. Gənc istedadın qazandığı nailiyyətlər onun elmə olan böyük marağının, məqsədyönlü fəaliyyətinin və zəhmətinin bariz nümunəsidir.

Rus ordusu Zəngəzuru bağladı - Putin sensassion planı işə saldı
Son xəbərlərDaha çox