Azedu.az

Avstraliyada məktəblərdə bullinqə qarşı 10 milyon dollarlıq proqram

Maraqlı

12 Avqust 2026, 09:55
Avstraliyada məktəblərdə bullinqə qarşı 10 milyon dollarlıq proqram

Avstraliya hökuməti məktəblərdə bullinqin qarşısının alınması məqsədilə 10 milyon Avstraliya dolları həcmində milli təşəbbüs başladıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, vəsaitin 5 milyon dolları məktəblərdə zorakılığın əlamətlərini vaxtında müəyyənləşdirməyə və qarşısını almağa yönəlmiş milli maarifləndirmə kampaniyasına ayrılıb. Digər vəsait hesabına isə şagirdlər, valideynlər və müəllimlər üçün xüsusi resursların hazırlanması nəzərdə tutulur.

Hökumət bildirir ki, məqsəd məktəblərdə daha təhlükəsiz mühit yaratmaq və bullinq halları ilə daha erkən mərhələdə mübarizə aparmaqdır.

Fidan Şahkərəmova

Prezidentdən Naxçıvanda diqqətçəkən sözlər - Şuşa azad olunanda Putin...
Son xəbərlərDaha çox