Almaniyada yeni tədris ilinə hazırlıq prosesi ciddi müzakirələr və islahat tələbləri ilə yadda qalır.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin bir çox əyalətində məktəblərin açılması ərəfəsində siyasətçilər və təhsil birlikləri hökumətdən daha dəqiq və effektiv məktəb konseptlərinin hazırlanmasını tələb edirlər.
Mövcud problemlər fonunda ən çox diqqət çəkən məsələ ibtidai siniflərdə məcburi tamgünlük təhsilə (Ganztagsbetreuung) keçid prosesidir. Ekspertlərin və media orqanlarının yaydığı məlumatlara görə, bu sistemə keçid zamanı infrastruktur və maliyyə çatışmazlıqları əsas maneə olaraq qalır. Məktəblərin lazımi maddi-texniki bazaya və kadr potensialına malik olmaması islahatların icrasını çətinləşdirir. Təhsil işçiləri və valideynlər dövlətdən bu sahəyə ayrılan vəsaitin artırılmasını və mexanizmin daha operativ tənzimlənməsini tələb edirlər.