Azedu.az

IV qrupda müəllimlik ixtisasları: Plan yerləri necə dəyişdi? - MÜQAYİSƏ

Ali təhsil

12 Avqust 2026, 10:17
IV qrupda müəllimlik ixtisasları: Plan yerləri necə dəyişdi? - MÜQAYİSƏ

IV ixtisas qrupu üzrə 2025-2026 və 2026-2027-ci tədris illərində pedaqoji ixtisaslara ayrılan plan yerlərinin müqayisəsi göstərir ki, bir sıra universitetlərdə plan yerlərinin sayı azaldılıb. Bununla yanaşı, bəzi ixtisaslarda göstəricilər əvvəlki illə eyni saxlanılıb, ayrı-ayrı ixtisaslar üzrə isə plan yerlərinin artırılması və yeni qəbulun nəzərdə tutulması müşahidə olunur.

AzEdu.az iki tədris ili üzrə qəbul planlarını müqayisə edib.

Bakı Dövlət Universitetində biologiya müəllimliyi üzrə plan yerlərinin sayı 75-dən 50-yə, kimya müəllimliyi üzrə isə 120-dən 100-ə endirilib. Universitetin Qazax filialında kimya və biologiya müəllimliyi üzrə plan yerlərinin sayı dəyişməyərək 20 olaraq qalıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində biologiya müəllimliyi üzrə plan yerləri 140-dan 130-a azaldılıb. Kimya müəllimliyi üzrə plan yeri 100, kimya və biologiya müəllimliyi üzrə isə 120 olaraq qalıb və dəyişməyib.

Qarabağ Universitetində biologiya müəllimliyi və kimya müəllimliyi üzrə plan yerlərinin sayı dəyişməyib. Hər iki ixtisas üzrə 2025-2026 və 2026-2027-ci tədris illərində 30 plan yeri müəyyənləşdirilib.

Naxçıvan Dövlət Universitetində biologiya müəllimliyi və kimya müəllimliyi üzrə plan yerlərinin sayı dəyişməyərək hər iki ixtisas üzrə 15 olaraq qalıb.

Gəncə Dövlət Universitetində biologiya müəllimliyi və kimya müəllimliyi üzrə plan yerlərinin sayı dəyişməyərək hər birində 15 olaraq saxlanılıb. Kimya və biologiya müəllimliyi üzrə isə plan yerləri 50-dən 20-yə endirilib.

Sumqayıt Dövlət Universitetində biologiya müəllimliyi üzrə plan yerləri 25-dən 20-yə, kimya müəllimliyi üzrə 20-dən 15-ə, kimya və biologiya müəllimliyi üzrə 50-dən 30-a endirilib. Tədrisi ingilis dilində həyata keçirilən kimya müəllimliyi üzrə də plan yerlərinin sayı 20-dən 15-ə azaldılıb.

Mingəçevir Dövlət Universitetində kimya və biologiya müəllimliyi üzrə plan yerləri 20-dən 15-ə endirilib.

Lənkəran Dövlət Universitetində kimya və biologiya müəllimliyi üzrə plan yerlərinin sayı 60-dan 30-a azaldılıb.

Xəzər Universitetində biologiya müəllimliyi üzrə plan yerlərinin sayı dəyişməyərək 15 olaraq qalıb. Kimya və biologiya müəllimliyi üzrə də plan yerləri dəyişməyib və hər iki tədris ilində 60 plan yeri müəyyənləşdirilib.

 

 

Prezidentdən Naxçıvanda diqqətçəkən sözlər - Şuşa azad olunanda Putin...
Son xəbərlərDaha çox