Azedu.az

Alimlərdən vacib xəbərdarlıq

Maraqlı

11 Avqust 2026, 15:52
Alimlərdən vacib xəbərdarlıq

Avqustun 12-də planetimizdə G1 səviyyəsində geomaqnit qasırğası gözlənilir.

AzEdu.az  xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi internet səhifəsində məlumat dərc edilib.

Bildirilir ki, Günəşdəki fəallıq Bakı vaxtı ilə saat 10:00-dan 13:00-a qədər təxminən üç saat müddətində müşahidə ediləcək. Ardından geomaqnit təsirləri zəifləməyə başlayacaq.

Növbəti gün, yəni avqustun 13-də isə maqnit qasırğaları və geomaqnit dalğalanmaları ehtimalı 55 faiz təşkil edəcək.

Qeyd edək ki, bir müddət əvvəl 2026-cı ilin 10-16 avqust tarixləri üçün maqnit qasırğası proqnozu dərc edilmişdi. Mütəxəssislərin sözlərinə görə, Günəşdə hazırda sükunət dövrü, yəni "qış" başlanıb. Alimlər bu səbəbdən cari həftə ərzində heç bir maqnit qasırğasının qeydə alınmayacağını vurğulayırdılar.

Azərbaycanlılara ŞOK ÇAĞIRIŞ - Rusiyaya getməyin, təhlükə var!
Son xəbərlərDaha çox