Azedu.az

Müəllim olmaq istəyənlərin diqqətinə - Bu ixtisaslarda yerlər AZALDI

Ali təhsil

11 Avqust 2026, 09:18
Müəllim olmaq istəyənlərin diqqətinə - Bu ixtisaslarda yerlər AZALDI

III ixtisas qrupu üzrə 2025-2026 və 2026-2027-ci tədris illərində pedaqoji ixtisaslara ayrılan plan yerlərinin müqayisəsi göstərir ki, bir sıra universitetlərdə plan yerlərinin sayı azaldılıb. Bununla yanaşı, bəzi ixtisaslarda göstəricilər əvvəlki illə eyni saxlanılıb, ayrı-ayrı ixtisaslar üzrə isə plan yerlərinin artırılması və yeni qəbulun nəzərdə tutulması müşahidə olunur.

AzEdu.az iki tədris ili üzrə qəbul planlarını müqayisə edib.

Bakı Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə plan yerlərinin sayı 60-dan 40-a, tarix müəllimliyi üzrə 120-dən 90-a endirilib. Tədrisi ingilis dilində həyata keçirilən tarix müəllimliyi üzrə plan yerləri isə 25-dən 20-yə azaldılıb. Universitetin Qazax filialında məktəbəqədər təhsil üzrə plan yerlərinin sayı dəyişməyərək 20 olaraq saxlanılıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə plan yerləri 160-dan 150-yə, dil və ədəbiyyat müəllimliyi (türk dili və ədəbiyyatı üzrə) üzrə 30-dan 25-ə, xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə 60-dan 50-yə, xarici dil müəllimliyi (fransız dili üzrə) üzrə isə 30-dan 25-ə endirilib. İbtidai sinif müəllimliyi üzrə plan yerləri 200-dən 180-ə, məktəbəqədər təhsil üzrə 90-dan 75-ə, tarix müəllimliyi üzrə isə 75-dən 60-a azaldılıb. İbtidai sinif müəllimliyinin tədrisi ingilis dilində olan proqramında plan yerləri 60-dan 50-yə endirilib. Bunun əksinə olaraq, məktəbəqədər təhsil üzrə tədrisi ingilis dilində olan proqramda plan yerləri 15-dən 20-yə artırılıb.

ADPU-nun Şamaxı filialında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, məktəbəqədər təhsil və tarix müəllimliyi üzrə plan yerləri dəyişməyərək hər biri 20 olaraq qalıb. Şəki filialında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil və tarix müəllimliyi üzrə plan yerləri 20 olaraq saxlanılıb. Həmin filialda xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə plan yerləri isə 25-dən 20-yə endirilib.

Ağcabədi filialında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və tarix müəllimliyi üzrə plan yerləri 25-dən 20-yə, məktəbəqədər təhsil üzrə isə 20-dən 15-ə azaldılıb. Xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə plan yerləri isə 20 olaraq dəyişməyib.

Cəlilabad filialında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ibtidai sinif müəllimliyi və məktəbəqədər təhsil üzrə plan yerləri dəyişməyərək hər biri 20 olaraq saxlanılıb. Quba filialında da Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, məktəbəqədər təhsil və tarix müəllimliyi üzrə plan yerləri 20 olaraq qalıb.

Azərbaycan Dillər Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı üzrə) üzrə plan yerləri 30-dan 25-ə endirilib. Dil və ədəbiyyat müəllimliyi (alman dili və ədəbiyyatı üzrə) və dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı üzrə) ixtisaslarında plan yerləri dəyişməyərək müvafiq olaraq 15 olaraq saxlanılıb.

Xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə plan yerləri 500-dən 475-ə, alman dili üzrə 40-dan 30-a, fransız dili üzrə isə 40-dan 30-a endirilib.

Bakı Slavyan Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə plan yerləri 75-dən 50-yə, xarici dil müəllimliyi (rus dili üzrə) üzrə 150-dən 130-a, xarici dil müəllimliyi (fransız dili üzrə) üzrə isə 25-dən 20-yə azaldılıb. Xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə plan yerləri 20, alman dili üzrə isə 15 olaraq dəyişməyib. İbtidai sinif müəllimliyi və məktəbəqədər təhsil üzrə də plan yerləri hər iki tədris ilində 20 olaraq saxlanılıb.

Qarabağ Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, xarici dil müəllimliyi (ingilis dili üzrə) və tarix müəllimliyi üzrə plan yerlərinin sayı dəyişməyərək müvafiq olaraq 60, 60 və 30 olaraq qalıb. İbtidai sinif müəllimliyi üzrə isə plan yerləri 60-dan 30-a endirilib.

Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə plan yerləri 30-dan 20-yə, xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə 25-dən 20-yə, tarix müəllimliyi üzrə isə 20-dən 15-ə azaldılıb. Xarici dil müəllimliyi (fransız dili, alman dili və rus dili üzrə) ixtisaslarının hər birində plan yerləri dəyişməyərək 10 olaraq saxlanılıb.

Bununla yanaşı, 2025-2026-cı tədris ilində məktəbəqədər təhsil və ibtidai sinif müəllimliyi üzrə qəbul aparılmadığı halda, 2026-2027-ci tədris ilində bu ixtisasların hər biri üzrə 15 plan yeri müəyyənləşdirilib.

Gəncə Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisaslarının hər birində plan yerləri 30-dan 20-yə endirilib. Xarici dil müəllimliyi (rus, alman və fransız dilləri üzrə) ixtisaslarının hər birində plan yerləri 25-dən 15-ə azaldılıb. Məktəbəqədər təhsil üzrə plan yerləri 20-dən 15-ə, tarix müəllimliyi üzrə isə 25-dən 20-yə endirilib.

Sumqayıt Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə plan yerləri 30-dan 20-yə, xarici dil müəllimliyi (ingilis dili üzrə), ibtidai sinif müəllimliyi və məktəbəqədər təhsil üzrə plan yerləri 20-dən 15-ə, tarix müəllimliyi üzrə isə 30-dan 20-yə endirilib.

Mingəçevir Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə plan yerləri 30-dan 20-yə, dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı üzrə) və  xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə plan yerləri 20-dən 15-ə azaldılıb. İbtidai sinif müəllimliyi və məktəbəqədər təhsil üzrə plan yerləri 30-dan 15-ə, tarix müəllimliyi üzrə isə 20-dən 15-ə endirilib.

Lənkəran Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə plan yerləri 40-dan 25-ə, xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə 50-dən 40-a, məktəbəqədər təhsil üzrə və tarix müəllimliyi üzrə isə 40-dan 25-ə endirilib. 2025-2026-cı tədris ilində ibtidai sinif müəllimliyi üzrə qəbul aparılmadığı halda, 2026-2027-ci tədris ilində bu ixtisas üzrə 25 plan yeri müəyyənləşdirilib.

Xəzər Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və ibtidai sinif müəllimliyi üzrə plan yerlərinin hər biri 30-dan 20-yə, tarix müəllimliyi üzrə isə 20-dən 15-ə endirilib. Tədrisi ingilis dilində həyata keçirilən xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə plan yerləri 50-dən 40-a azaldılıb. Tədrisi ingilis dilində olan ibtidai sinif müəllimliyi üzrə isə plan yerləri dəyişməyərək 20 olaraq saxlanılıb.

“Odlar Yurdu” Universitetində xarici dil müəllimliyi (ingilis dili üzrə) və məktəbəqədər təhsil ixtisaslarının hər birində plan yerləri 40-dan 20-yə endirilib.

Xətaiyə görə dava edənlərin məqsədi ... - Professordan şok faktlar
Son xəbərlərDaha çox