Azedu.az

MİQ-də qayda: Eyni bal toplayanlarda üstünlük kimdə olur? 

MİQ

Təhsil hüququ və qanunvericilik

5 Avqust 2026, 14:26
MİQ-də qayda: Eyni bal toplayanlarda üstünlük kimdə olur? 

Bu gün saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılıb.

Bu mərhələdə ilkin olaraq vakant yer seçmək imkanı test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərinə təqdim olunacaq.

Müəllimlərin işə qəbulu müsabiqəsində vakant yerlərə yerləşdirmə namizədlərin elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə, topladıqları bala əsasən sistem tərəfindən həyata keçirilir.

AzEdu.az-ın "Təhsil haqqında" qanuna istinadən verdiyi xəbərə görə, bir vakant yer üzrə iki və daha çox eyni bal toplayan namizəd olduqda aşağıdakı əlavə göstəricilər nəzərə alınır:

- ümumtəhsil proqramı üzrə toplanılan bal;
- təhsil göstəriciləri (təhsil səviyyəsi, elmi dərəcə);
- ali və ya orta ixtisas təhsilinin fərqlənmə ilə bitirilməsi;
-  pedaqoji staj.

Bu mərhələdən keçən namizədlər müsahibəyə buraxılır. Müsahibələrin keçirilməsi məqsədilə hər il müvafiq komissiyalar yaradılır.

Komissiyalar Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilərək təhsil müəssisəsinin rəhbəri, metodist və psixoloqdan ibarət olur.

Müsahibə zamanı namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri və psixoloji vəziyyəti qiymətləndirilir və nəticəyə əsasən uyğunluq barədə qərar verilir.

Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 iş günü ərzində namizədlərin “Şəxsi kabinet”inə göndərilir.

Test imtahanında və ya müsahibədə iştirak etməyən namizədlər üçün təkrar imtahan və müsahibə keçirilmir.

Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox