Azedu.az

Dünyada ali təhsil alanların sayı rekord həddə çatdı

Xarici təhsil

12 Avqust 2026, 11:09
Dünyada ali təhsil alanların sayı rekord həddə çatdı

Beynəlxalq Gənclər Günü münasibətilə UNESCO-nun Ali Təhsil üzrə Beynəlxalq İnstitutu (IESALC) tərəfindən qlobal ali təhsilə əlçatanlıqla bağlı son statistik göstəricilər açıqlanıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlanan hesabatda dünyada ali təhsilə marağın və müraciətlərin rekord həddə çatdığı bildirilir. Hazırda dünya üzrə ali məktəblərdə təhsil alan tələbələrin ümumi sayı 269 milyon nəfərə çatıb.

Lakin rekord göstəricilərə baxmayaraq, hesabat regionlar arasında təhsil imkanlarının kəskin şəkildə qeyri-bərabər paylandığını ortaya qoyub. Məlumatlara görə, inkişaf etmiş ölkələrdə gənclərin ali təhsilə əlçatanlığı 80%-ə yaxınlaşır. Əksinə, az inkişaf etmiş ölkələrdə isə bu göstərici cəmi 9% səviyyəsində qalır.

Mütəxəssislər vurğulayırlar ki, inkişaf etmiş və az inkişaf etmiş ölkələr arasındakı bu kəskin fərq gələcəkdə qlobal əmək bazarında, texnoloji inkişafda və iqtisadi rifahda ölkələr arasındakı uçurumu daha da dərinləşdirən əsas amillərdən birinə çevrilir.

Fidan Şahkərəmova

Prezidentdən Naxçıvanda diqqətçəkən sözlər - Şuşa azad olunanda Putin...
Son xəbərlərDaha çox