Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-29 13:17:00
Şəbəkə texnologiyalarının inkişaf perspektivləri araşdırılır  

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda bu il internet şəbəkəsi və superkompüter texnologiyalarının çoxaspektli problemləri üzrə tədqiqatların aparılması nəzərdə tutulur.

İnstitutdan AzEdu.az-a bildirilib ki, bu problem üzrə mobil hesablama buludlarının optimal sintezi, əşyaların interneti texnologiyalarında şəbəkə resurslarından səmərəli istifadə və verilənlərin emal mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması üçün metod və alqoritmlər işləniləcək. Həmçinin paylanmış hesablama sistemlərində “Enterprise Desktop Grid” xidmətlərinin yaradılması istiqamətində tədqiqatlar aparılacaq.

Cari ildə “Proqramla idarə olunan (SDN-Software Defined Networking) şəbəkə texnologiyalarının tədqiqi və analizi”, “Green Computing texnologiyalarının inkişaf perspektivləri və problemləri”, “Superkompüter texnologiyaları: mövcud vəziyyəti, inkişaf perspektivləri və problemləri”, eləcə də “Simsiz şəbəkə texnologiyalarının mövcud vəziyyəti, problemləri və perspektivləri” mövzuları üzrə tədqiqatlar davam etdiriləcək.