Bütün ixtisas qrupları üzrə qəbul imtahanları yekunlaşıb. Abituriyentlər artıq nəticələri ilə tanış olublar. Bu il yüksək bal toplayanların sayı da az deyil.
Masallı rayonu Qəriblər kənd tam orta məktəbinin fizika müəllimi, “Örnək müəllim” Emil Bayramovun şagirdləri də yüksək nəticə göstərən abituriyentlər sırasında yer alıblar.
AzEdu.az yüksək nəticə göstərən həmin şagirdləri təqdim edir.
F. Xancanov adına Masallı rayon Musakücə kənd tam orta məktəbinin məzunu Zəhra Qəmbərova IV ixtisas qrupu üzrə qəbul imtahanında 682,8 bal toplayıb.

Masallı rayonu Lürən kənd tam orta məktəbinin məzunu Hüseyn Şükürov IV ixtisas qrupu üzrə 671 bal toplayıb. Həmçinin o, blok imtahanında maksimum nəticə göstərərək 400 bal əldə edib.

Masallı şəhər İ. Əsgərli adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Şahin Quliyev I ixtisas qrupu üzrə qəbul imtahanında 567,5 bal toplayıb.

Qeyd edək ki, hər üç şagird fizika fənni üzrə 100 faiz nəticə göstərib.