Azedu.az

Yüksək ballılar uğrunda mübarizə: Universitetlər hansı üsullara əl atır?

İmtahanlar və qəbul məsələləri

4 Avqust 2026, 16:12
Yüksək ballılar uğrunda mübarizə: Universitetlər hansı üsullara əl atır?

Artıq imtahanlar yekunlaşdı, ixtisas seçiminə sayılı günlər qalıb. Bu günlərdə sosial şəbəkələrdə bir çox rektorların abituriyentləri öz universitetlərinə cəlb etmək üçün etdikləri çağırışları, maraqlı paylaşımları və müxtəlif təşəbbüsləri görürük.

Maraqlıdır, universitetlər yüksək ballı tələbələrin fikrini dəyişərək onları necə özlərinə cəlb etməlidirlər və bu yolda daha hansı addımlar atılmalıdır?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, "ADA Universiteti"nin prorektoru, professor Fariz İsmayılzadə qeyd edib ki, əgər ixtisas eynidirsə, təbii olaraq hər bir ali məktəb həmin yüksək ballı tələbəni özünə cəlb etməyə çalışır:

187626

"Bu məsələ ilə bağlı bir neçə məqamı vurğulamaq istərdim. Birincisi, təbii ki, hər bir universitet tələbələrinin yüksək ballı olmasını istəyir. Çünki yüksək ballı tələbələr eyni zamanda tədrisin keyfiyyəti deməkdir, orada sonrakı nailiyyətlər də yaxşı olur və bu, universitetin reytinqinə müsbət təsir göstərir. Təbii ki, ölkəmizdə də universitetlər arasında sağlam rəqabət mövcuddur.

Əgər ixtisas eynidirsə, təbii olaraq hər bir ali məktəb həmin yüksək ballı tələbəni özünə cəlb etməyə çalışır. Bu, tamamilə normaldır və dünyanın hər yerində belədir. Məsələn, Amerikada da Harvard, Stanford və s kimi universitetlər tələbə uğrunda mübarizə aparırlar. Burada rektorlar görüşür, təbliğat işləri aparır, universitetin inkişaf planları barədə danışır və tələbələrə şəraitin daha yaxşı olduğunu, universitetin daha sürətlə inkişaf edəcəyini inandırmağa çalışırlar".

Gənclərimizə valideynləri, dostları və ya qonşuları təzyiq göstərirlər:

"Bununla yanaşı, başqa addımlar da atıla bilər kiçik hədiyyələr verilə və ya xüsusi təqaüdlər təklif oluna bilər. Bir sözlə, qanunvericiliyin imkan verdiyi çərçivədə universitetlər müxtəlif vasitələrə əl atırlar və mən buna müsbət baxıram. Çünki burada universitetlər arasında sağlam rəqabət yaranır.

Digər tərəfdən, qeyd etmək lazımdır ki, ixtisas seçimi olduqca mürəkkəb prosesdir. Bəzən gənclərimizə valideynləri, dostları və ya qonşuları təzyiq göstərirlər. Belə bir vəziyyətdə universitetin də fikrini dinləmək, onun mövqeyini öyrənmək, gələcək ixtisas trendləri və əmək bazarının tələbləri ilə bağlı məlumat almaq abituriyentlər üçün çox faydalı ola bilər".

Yeni müharibə anonsu - İran daha bir cəbhə açdı
Son xəbərlərDaha çox