Azedu.az

Naxçıvanın yüksək bal toplayan abituriyentləri - SİYAHI

İmtahanlar və qəbul məsələləri

30 İyul 2026, 14:15
Naxçıvanın yüksək bal toplayan abituriyentləri - SİYAHI

Ali təhsil müəssisələrinə qəbul üzrə keçirilən blok imtahanlarında Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrinin məzunları yüksək nəticələri ilə fərqləniblər.

AzEdu.az-a bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

I ixtisas qrupu üzrə ən yüksək nəticəni Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin məzunu Gülay Aslanova göstərib. O, qəbul imtahanında 686,8 bal toplayıb.

II ixtisas qrupu üzrə ən yüksək nəticə Culfa şəhər 3 nömrəli tam orta məktəbin məzunu İnci Zamanlıya məxsusdur. O, 678,6 bal toplayıb.

III ixtisas qrupu üzrə ən yüksək nəticəni Ordubad rayon Aşağı Əylis kənd tam orta məktəbinin məzunu Ayxan Babazadə əldə edib. O, qəbul imtahanında 680 bal toplayıb.

IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin məzunu Elsun Əliyev göstərib. O, 690,6 bal toplayıb.

Azərbaycanda SKANDAL OLAY: 15 yaşlı qızla evlənən şəxs HƏBS EDİLDİ
Son xəbərlərDaha çox