Azedu.az

Buraxılış imtahanında ikinci dəfə iştirak edənlərə VACİB XƏBƏR - Bu qaydanı BİLMƏLİSİZ

İmtahanlar və qəbul məsələləri

27 İyul 2026, 14:47
Buraxılış imtahanında ikinci dəfə iştirak edənlərə VACİB XƏBƏR - Bu qaydanı BİLMƏLİSİZ

Ali məktəblərə qəbul prosesi ilə bağlı ən çox verilən suallardan biri buraxılış imtahanının nəticəsinin neçə il qüvvədə qalması və əvvəlki ilin nəticəsindən istifadə imkanları ilə bağlıdır.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, qəbul imtahanlarının birinci mərhələsinin, yəni buraxılış imtahanının nəticəsi 2 il müddətində qüvvədə qalır.

Bu o deməkdir ki, abituriyent cari ildə yenidən buraxılış imtahanında iştirak etmədən əvvəlki ilin nəticəsi ilə də müsabiqəyə qatıla bilər. Eyni zamanda, o, nəticəsini yaxşılaşdırmaq məqsədilə yenidən imtahan vermək hüququna malikdir.

DİM-in məlumatına əsasən, abituriyent hər iki ildə buraxılış imtahanında iştirak edərsə, ixtisas seçimi zamanı hansı nəticə ilə müsabiqəyə qatılacağını özü müəyyənləşdirir. 

Qeyd edək ki, buraxılış imtahanının nəticəsi V ixtisas qrupu üzrə tələbə qəbulu müsabiqəsində cari və növbəti tədris ilində istifadə oluna bilər. I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə müvafiq ildə qəbul imtahanının ikinci mərhələsində də iştirak etməlidirlər.

Putinin QORXULU PROQNOZU: Avropanın 3 ölkəsi Ukraynanı İŞĞAL EDƏCƏK
Son xəbərlərDaha çox