Azedu.az

İmtahan birincilərinin universitet və ixtisas seçimləri bəlli oldu: Tibb, mühəndislik, animasiya...

İmtahanlar və qəbul məsələləri

25 İyul 2026, 14:38
İmtahan birincilərinin universitet və ixtisas seçimləri bəlli oldu: Tibb, mühəndislik, animasiya...

Türkiyədə keçirilən Ali Təhsil Müəssisələrinə Qəbul İmtahanında (YKS) ən yüksək nəticə göstərən tələbələrin universitet seçimləri məlum olub.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, imtahanın müxtəlif kateqoriyalarında birinci olan namizədlər gələcək təhsil planlarını və üstünlük verdikləri ixtisasları açıqlayıblar.

YKS-də böyük uğur qazanan Şərif Efe Dartar həm TYT, həm də sayısal istiqamət üzrə (riyaziyyat yönümlü) birinci olub. O, universitet seçimi zamanı Koç Universitetinin Sənaye Mühəndisliyi ixtisasına üstünlük verib.

YDT fransız dili üzrə birinci olan Sena İlhan gələcəkdə həkim olmaq istədiyini bildirərək tibb fakültəsini seçəcəyini açıqlayıb. TYT birincilərindən Miraç Koşar da seçimlərini tibb sahəsi üzrə etməyi planlaşdırır.

TYT birincilərindən Abdullah Uslu isə Sənaye Mühəndisliyi ixtisası üzrə təhsil almağı düşünür. Onun seçimləri arasında Boğaziçi Universiteti, Orta Şərq Texniki Universiteti və İstanbul Texniki Universiteti yer alır.

AYT bərabər çəki istiqaməti üzrə birinci olan Tuğsem Bahar Koç Universitetinin İqtisadiyyat ixtisasını seçməyi planlaşdırır. AYT söz istiqaməti üzrə birinci olan Enes Salahaddin Coşkunun seçimi isə animasiya sahəsi olub.

YKS birincilərinin seçimləri müxtəlif istiqamətləri əhatə etsə də, mühəndislik, tibb, iqtisadiyyat və yaradıcı sahələr bu il də ən çox maraq göstərilən istiqamətlər sırasında yer alıb.

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox