Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-28 13:12:09
“Summativlərin qəbul nəticələrində rolu qaçılmaz olacaq” – Coğrafiya müəllimindən  “II qruplara” xəbərdarlıq  

“Coğrafiya üzrə qəbul proqramında XI sinfin mövzuları daha praktikdir. Əvvəllər isə belə deyildi. Suallar test yönümlülükdən nisbətən uzaqlaşdırılıb. Proqram dəyişməyib, amma məzmun xətlərinə uyğun bir mövzu bütün siniflər üzrə pilləli tədris olunur”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı İsmayıllı rayonunun Gəndov kənd orta məktəbinin Coğrafiya müəllimi Orxan Kamallı deyib. Onun sözlərinə görə, yeni proqramməzmun xətlərinə əsaslanır:

“Proqramda təbiət, cəmiyyət və məkan, bu 3 xətt əsas götürülüb. Coğrafiya II ixtisas qrupunun əsas fənni olmaqda davam edir. Fənnin çəki əmsalı 1,5-dir.

XI sinfin qəbul mövzuları daha praktikdir. Əvvəllər isə belə deyildi. Suallar test yönümlülükdən nisbətən uzaqlaşdırılıb. Proqram dəyişməyib, amma məzmun xətlərinə uyğun bir mövzu bütün siniflər üzrə pilləli tədris olunur.

Məsələn, əvvəllər şagirdlərə, ancaq VIII sinifdə Azərbaycanın fiziki və iqtisadi coğrafiyası öyrədilirdisə, indi bu mövzular VI-XI siniflər aralığında öyrədilir”.

Müəllim hesab edir ki, məzmun xətləri dərsliklərin daha praktik olmasına və xəritə materiallarının istifadəsinə geniş imkan yaradır:

“Yeni qaydalarla qəbul imtahanı bu il ilk dəfə keçiriləcək.Summativqiymətləndirilmələrin qəbul nəticələrində rolu qaçılmaz olacaq.

Repetitorluğun mövcudluğu da öz sözünü deyəcək.Builki qəbul göstəriciləri nisbətən aşağı ola bilər. Bu da yeni formatda imtahanların ilk dəfə keçirilməsiyləəlaqədardır.Məncə, bu səbəbdən, sualların çətinlik səviyyəsi nəzərə alınacaq”

Xatırladaq ki, “Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub. Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, I,II,III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, fənlər üzrə tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları