Azedu.az

Ötən illərin respublika birincisindən MİQ-də yenidən yüksək NƏTİCƏ

MİQ

22 İyul 2026, 10:12
Ötən illərin respublika birincisindən MİQ-də yenidən yüksək NƏTİCƏ

2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.

Bakı şəhəri, Nəsimi rayonu, İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Aytac İsgəndərli MİQ imtahanında yüksək nəticə göstərən müəllimlərdən biri olub.

2023-cü ildə 92,5 bal toplayaraq respublika birincisi olan müəllim bu il imtahanda yenidən iştirak edərək 96,25 bal toplayıb.

AzEdu.az bu münasibətlə müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

Bu nəticə mənim üçün böyük sevinc və qürur mənbəyidir:

"2023-cü ildə MİQ imtahanında 92,5 bal toplayaraq respublika birincisi oldum. Həmin ildən Bakı şəhəri, Nəsimi rayonu, İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi kimi fəaliyyət göstərirəm. Bu il keçirilən 2026-cı il MİQ imtahanında isə 96,25 bal topladım.  Eyni sevinci və uğuru yenidən yaşadım. Bu nəticə mənim üçün böyük sevinc və qürur mənbəyidir". 

Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi
Son xəbərlərDaha çox