Azedu.az

Məktəblilərimiz Beynəlxalq Biologiya Olimpiadasında fərqləniblər

Şagirdlər

20 İyul 2026, 17:37
Məktəblilərimiz Beynəlxalq Biologiya Olimpiadasında fərqləniblər

Şagirdlərimiz iyulun 12-dən 19-dək Litvanın Vilnyus şəhərində keçirilən Beynəlxalq Biologiya Olimpiadasında 1 bürünc medal, 3 həvəsləndirici mükafat qazanıblar.

AzEdu.az-a bu barədə ARTİ-dən məlumat verilib.

Bürünc medal:
Oğuz Əlili - Masazır kənd 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi

Həvəsləndirici mükafat:
Yalçın Oruclu - Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü lisey 11-ci sinif şagirdi
İlham ⁠Əliyev - Sumqayıt şəhər təbiət elmləri təmayüllü gimnaziya 11-ci sinif şagirdi
Rəsul Şahverdiyev - Astara rayon Z.Əhmədzadə adına Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin 10-cu sinif şagirdi

Şagirdlərimizi təbrik edir, daha böyük nailiyyətlər arzulayırıq!

TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR
Son xəbərlərDaha çox