Məktəblilərimiz Beynəlxalq Kimya Olimpiadasında (IChO) gümüş və bürünc medallar qazanıblar.
AzEdu.az-a bu barədə ARTİ-dən məlumat verilib.
İyulun 10-dan 19-dək Özbəkistanın Daşkənd şəhərində keçirilən olimpiadada 90-dan çox ölkəni təmsil edən 350-dən çox şagird yarışıb.
Gümüş medal:
Yaqub Baratlı – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi
Bürünc medallar:
Elman Kərimli – Bakı Dövlət Univeristetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin 11-ci sinif şagirdi
Qurban Piriyev – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi
Gənc kimyaçılarımızı təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!