Azedu.az

Menecment təhsili aldı, müəllimliyi seçdi - İlk MİQ imtahanında Naxçıvanda 1-ci OLDU

MİQ

20 İyul 2026, 13:59
Menecment təhsili aldı, müəllimliyi seçdi - İlk MİQ imtahanında Naxçıvanda 1-ci OLDU

2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.

Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında iştirak edən Zeynalabdin Səfərov 91.25 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə coğrafiya fənni üzrə 1-ci yerə layiq görülüb. 

AzEdu.az Zeynalabdin müəllimlə həmsöhbət olub.

Müəllimlik peşəsinə olan marağım məni bu istiqamətə yönəltdi:

"İlk ali təhsilimi 2014-2018-ci illərdə menecment (İqtisadiyyatın idarə edilməsi) ixtisası üzrə almışam. Hazırda iki ali təhsilim var. İlk ixtisasım fərqli sahə üzrə olsa da, müəllimlik peşəsinə olan marağım məni bu istiqamətə yönəltdi.

Bu səbəbdən ikinci ali təhsilimi Naxçıvan Dövlət Universitetində coğrafiya müəllimliyi ixtisası üzrə davam etdirdim. 2022-2026-cı illərdə həmin ixtisas üzrə təhsil alaraq bu il universiteti bitirdim.

Məzun olduqdan dərhal sonra ilk dəfə Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində iştirak etdim. MİQ-də ilk dəfə iştirak etsəm də, yüksək nəticə göstərdim. Təbii ki, bu, mənim üçün böyük qürur və sevinc hissi idi".

TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR
Son xəbərlərDaha çox