Azedu.az

MİQ-də 90 bal toplayan namizəd - “Xüsusi hazırlaşmamışam”

MİQ

19 İyul 2026, 14:21
MİQ-də 90 bal toplayan namizəd - “Xüsusi hazırlaşmamışam”

"MİQ-ə xüsusi hazırlaşmamışam, 90 bal topladım".

Bu sözləri MİQ imtahanında riyaziyyat fənni üzrə 90 bal toplayan namizəd Famil Ağayev AzEdu.az-a açıqlamasında bildirib.

"MİQ imtahanında riyaziyyat fənni üzrə 90 bal topladım. İmtahan mənim üçün çox yaxşı keçdi. Bu, MİQ-də ilk iştirakım deyil. Əvvəlki illərdə də iştirak etmişəm və müxtəlif nəticələr əldə etmişəm. 2019-cu ildə 59 bal toplayaraq respublika birincisi olmuşdum. Sonrakı illərdə 78, 80 və 82 bal toplamışdım, bu il isə nəticəm 90 bal oldu.

Sualları asan adlandırmazdım. İmtahanda kifayət qədər düşündürücü suallar var idi və namizədlərdən diqqət və məntiqi yanaşma tələb olunurdu. 

Riyaziyyat fənni üzrə yüksək nəticə gözləyirdim, lakin kurikulum hissəsində bu qədər yüksək bal toplayacağımı düşünmürdüm. Kurikulum üzrə xüsusi hazırlığım olmayıb, sadəcə məktəbdə müəllim kimi qazandığım təcrübəyə əsaslanmışam.

Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsinin məzunuyam. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində riyazi analiz, Bakı Dövlət Universitetində isə hesablama riyaziyyatı ixtisası üzrə magistr təhsili almışam.

Ümumiyyətlə, mən MİQ imtahanına xüsusi hazırlaşmamışam. Məktəbdə dərs dediyim və daim fənnimlə məşğul olduğum üçün biliklərimi imtahanda yoxlamağı üstün tuturam. 

Hazırda Bakı şəhəri 261 nömrəli məktəb-liseydə müəllim kimi fəaliyyət göstərirəm.

MİQ imtahanında iştirakımın əsas məqsədi özümü sınamaq idi. Hər il bu imtahanda iştirak edirəm. Əlbəttə, daha yaxşı imkanlar yaranarsa, onları da dəyərləndirmək olar.

Hesab edirəm ki, yüksək nəticə əldə etmək üçün müəllim daim öz üzərində işləməli və fənni üzrə biliklərini yeniləməlidir. Bu, uğurun əsas şərtlərindən biridir”.

Ceyhun Bayramov Lavrovu MAT QOYDU - Ukrayna müharibəsini pislədi
Son xəbərlərDaha çox