Azedu.az

"İmtahana özüm hazırlaşmışam" - MİQ-dən yüksək NƏTİCƏ

MİQ

18 İyul 2026, 14:05
"İmtahana özüm hazırlaşmışam" - MİQ-dən yüksək NƏTİCƏ

"İmtahana heç bir hazırlıq kursu olmadan, özüm hazırlaşaraq 91,25 bal toplamışam".

Bu sözləri MİQ imtahanında ingilis dili müəllimliyi üzrə 91,25 bal toplayan namizəd Emil Məmmədquluzadə AzEdu.az-a açıqlamasında bildirib.

"Bu gün ingilis dili müəllimliyi üzrə MİQ imtahanında iştirak etdim və 91,25 bal topladım. İmtahan ümumilikdə normal keçdi. Sualların səviyyəsini asan adlandırmazdım. Həm orta çətinlikdə, həm də daha çox düşünmə tələb edən suallar var idi. Xüsusilə kurikulum üzrə situasiya tipli suallar daha çox vaxtımı apardı.

Hazırda Bakı şəhəri 271 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərirəm. Bakalavr (2004–2008) və magistratura (2008–2010) təhsilimi Azərbaycan Dillər Universitetində almışam. Eyni zamanda, müəllifi olduğum ingilis dili qrammatikası kitabım da var.

İmtahana tamamilə özüm hazırlaşmışam. Həm ingilis dili, həm də metodika üzrə heç bir hazırlıq kursuna qatılmamışam. Hazırlıq prosesində müxtəlif mənbələrdən, o cümlədən YouTube videolarından və süni intellekt alətlərindən istifadə etmişəm.

Mənim fikrimcə, MİQ imtahanında yüksək nəticə əldə etməyin əsas şərtləri bilik, savad və təcrübədir. Bununla yanaşı, vaxtın düzgün planlaşdırılması da olduqca vacibdir. Namizədlərə tövsiyəm odur ki, imtahan zamanı vaxtlarını düzgün idarə etsinlər. Mən şəxsən cavablandırdığım sualları 'dəqiq' və 'şübhəli' olmaqla iki qrupa ayırıram. Dəqiq bildiyim sualları əvvəlcə cavablandırır, tərəddüd etdiyim sualları isə sonradan yenidən nəzərdən keçirirəm. Bu üsul imtahan vaxtından daha səmərəli istifadə etməyə imkan verir.

Gələcəkdə fəaliyyətimi Bakıdakı liseylərdən birində davam etdirmək istəyirəm. Məqsədim lisey təhsilində müəllim kimi çalışmaqdır."

Ceyhun Bayramov Lavrovu MAT QOYDU - Ukrayna müharibəsini pislədi
Son xəbərlərDaha çox