Azedu.az

MİQ-də yüksək nəticənin əsas yolu sistemli hazırlıqdır

MİQ

18 İyul 2026, 12:01
MİQ-də yüksək nəticənin əsas yolu sistemli hazırlıqdır

"MİQ-də uğur qazanmağın əsas yolu sistemli hazırlaşmaq və çətinlikdən qorxmamaqdır".

Bu sözləri MİQ imtahanında ingilis dili müəllimliyi üzrə 88,75 bal toplayan namizəd Çinarə İsmayılova AzEdu.az-a açıqlamasında bildirib.

"Bu gün keçirilən MİQ imtahanında 88,75 bal topladım. Naxçıvan Dövlət Universitetinin ingilis dili müəllimliyi ixtisasını bitirmişəm. Hazırda kursda fəaliyyət göstərirəm.

MİQ imtahanında ötən il də iştirak etmişdim və 83,75 bal toplamışdım. Bu il isə nəticəmi artırdım. Düşünürəm ki, bunun əsas səbəbi daha sistemli hazırlaşmağım oldu. Vaxtımı düzgün bölürdüm, həm çalışırdım, həm də istirahət etməyə diqqət edirdim. Özümü həddindən artıq yormadan planlı şəkildə hazırlaşdım.

Sualların səviyyəsinə gəlincə, bu dəfə kurikulum sualları mənə daha rahat gəldi. İngilis dili üzrə suallar da yaxşı hazırlanmışdı. Ümumilikdə imtahanın şəffaf şəkildə təşkil olunduğunu düşünürəm.

Gələcəkdə fəaliyyətimi Bakı məktəblərindən birində davam etdirmək istəyirəm. Məqsədim daimi müəllim kimi işləməkdir.

Məncə, yüksək nəticə əldə etməyin əsas yollarından biri sistemli çalışmaqdır. Namizədlər çətinlikdən qorxmamalıdırlar. Çünki imtahana həddindən artıq qorxu ilə yanaşmaq nəticəyə mənfi təsir göstərə bilər. Mən imtahana sadəcə bir sınaq kimi yanaşdım və düşündüm ki, nəticə necə olursa olsun, çalışmışam. Bu yanaşma mənə kömək etdi və nəticədə əvvəlki göstəricimdən daha yüksək bal topladım."

Ceyhun Bayramov Lavrovu MAT QOYDU - Ukrayna müharibəsini pislədi
Son xəbərlərDaha çox