Bu gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının üçüncü günü keçirilir.
AzEdu.az xəbər verir ki, bu günün birinci seansında Azərbaycan dili və ədəbiyyatı, ikinci seansında isə tarix və coğrafiya müəllimi olmaq istəyən namizədlər imtahan verirlər.
Namizədlər imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatla şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14–18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunur.
İmtahanlarda 40 minədək müəllimin iştirakı gözlənilir.