Abşeron rayonu Masazırkənd 6 nömrəli tam orta məktəbin müəllimi Aygün Həmzəyeva müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirak edərək 59 bal toplayıb və təəssüratlarını AzEdu.az-a bölüşüb.
"Demək olar ki, çox həyəcanlıyam, həqiqətən. İmtahanda hər şey bildiyimiz mövzulardan idi.
Bir sualı səhv yazdığımı dedilər, amma hələ baxmamışam. Əslində, sualların hamısını bildiyimə əmin idim, sadəcə həyəcan təsir etdi.
Sertifikatlaşdırmanın müsbət tərəfi odur ki, müəllim öz zəif tərəflərini görür və üzərində daha çox işləyir. Əsas odur ki, müəllimlər həyəcanlanmasınlar. Suallar yalnız proqram və dərsliklərdən idi, kənar mövzu yox idi”.