Azedu.az

Ali təhsil almaq istəyənlərin sayı ARTIR

İmtahanlar və qəbul məsələləri

25 İyun 2026, 16:30
Ali təhsil almaq istəyənlərin sayı ARTIR

Ötən il bakalavriat səviyyəsi üzrə faktiki tələbə qəbulu son illərdə davamlı artım dinamikası nümayiş etdirib.

AzEdu.az xəbər verir ki, bu Elm və Təhsil Nazirliyinin illik hesabatında deyilir.

Qeyd olunub ki,  son dörd il ərzində bakalavriat səviyyəsində faktiki qəbul 18% artıb.

2025/2026-cı tədris ilində bu təhsil səviyyəsi üzrə 61 420 plan yerindən 60 860 nəfər ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da plan yerlərinin 98,4%-nin faktiki olaraq doldurulduğunu göstərir. Qəbul olunan tələbələrin əhəmiyyətli hissəsi dövlət sifarişi əsasında (28 421 nəfər) təhsil almaq hüququ qazanıb.

Rusiyaya yenə dağıdıcı hücumlar başladı! - Zelenski xəbərdarlıq etdi
Son xəbərlərDaha çox