Azedu.az

Ölkəmizdə 6 fərqli ölkədən 115 əcnəbi tələbə TƏHSİL ALIR

AzEdu Təhsil Platforması

25 İyun 2026, 16:43
Ölkəmizdə 6 fərqli ölkədən 115 əcnəbi tələbə TƏHSİL ALIR

2025–2026-cı tədris ili üzrə 62 xarici vətəndaş “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

AzEdu.az xəbər verir ki, bu Elm və Təhsil Nazirliyinin illik hesabatında deyilir.

Qeyd olunub ki, Onlardan 23 nəfəri Çin Xalq Respublikasının, 11 nəfəri Qazaxıstan Respublikasının, 4 nəfəri Tacikistan Respublikasının, 4 nəfəri Qırğız Respublikasının, 20 nəfəri isə Somali Federativ Respublikasının vətəndaşlarıdır. Bu göstərici ötən illə müqayisədə 32 faiz artım deməkdir.

HTP çərçivəsində Rumıniya, Çin Xalq Respublikası, Qazaxıstan Respublikası, Tacikistan Respublikası, Somali Federativ Respublikası və Qırğız Respublikasından olan 115 əcnəbi tələbə hazırda Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alır.

Rusiyaya yenə dağıdıcı hücumlar başladı! - Zelenski xəbərdarlıq etdi
Son xəbərlərDaha çox