Azedu.az

İş yoldaşları sertifikasiyada eyni bal topladılar: “Sevincimizi birlikdə yaşadıq”

Sertifikasiya

25 İyun 2026, 16:54
İş yoldaşları sertifikasiyada eyni bal topladılar: “Sevincimizi birlikdə yaşadıq”

Müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirak edən Süleyman Sani Axundov adına 172 nömrəli tam orta məktəbin texnologiya müəllimləri Aysel Abdullayeva və Lalə Hüseynova imtahanla bağlı təəssüratlarını AzEdu.az-la bölüşüblər.

Aysel Abdullayeva bildirib ki, sertifikatlaşdırma prosesi şəffaf şəkildə təşkil olunub və suallar tamamilə proqram çərçivəsində hazırlanıb:

“İmtahanda dərslikdən kənar heç bir sual yox idi. 45 dəqiqəyə tamamladım və 54 bal topladım. Məktəbdə tədris olunan dərsliklər üzrə hazırlıq görən müəllim üçün sualların cavablandırılması mümkün idi.

Bu proses müəllimlərin daim öz üzərində işləməsini zəruri edir. Təhsil sistemi hər gün yenilənir və daha interaktiv xarakter alır. Bu baxımdan sertifikatlaşdırmanın keçirilməsini müsbət qiymətləndirirəm. Düzdür, özümdən daha yüksək nəticə gözləyirdim".

Həmin məktəbin digər texnologiya müəllimi Lalə Hüseynova da imtahandan 54 bal topladığını bildirib. 

O, həmkarı ilə birlikdə yaşadığı sevinc hisslərini bölüşüb:

“İmtahana iş yoldaşımla birlikdə gəlmişdik. Ev şəraitində fərdi şəkildə hazırlaşmışdım. Demək olar ki, imtahanı eyni vaxtda başa vurduq. Hazırda həm sevincliyəm, həm də həyəcanlıyam. Bu hisslərin hamısı bir-birinə qarışıb. Sevincimizi birlikdə yaşamaq isə çox gözəl duyğudur.

Sualların səviyyəsi yaxşı idi. Kənar mövzular yox idi, hamısı ixtisasımıza uyğun hazırlanmışdı. Sertifikatlaşdırma yalnız əməkhaqqı artımı baxımından deyil, müəllimlərin peşəkar inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Hazırlıq müddətində zəif tərəflərim üzərində daha çox işlədim və bu mənim üçün faydalı oldu”.

Artıq 9 ildir müəllim kimi fəaliyyət göstərən Lalə Hüseynova sertifikatlaşdırma prosesinin müəllimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

Rusiyaya yenə dağıdıcı hücumlar başladı! - Zelenski xəbərdarlıq etdi
Son xəbərlərDaha çox