Azedu.az

İşğaldan azad edilmiş torpaqlarda bu qədər şagird təhsil alır

AzEdu Təhsil Platforması

25 İyun 2026, 16:12
İşğaldan azad edilmiş torpaqlarda bu qədər şagird təhsil alır

Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə 2025-2026-cı tədris ili ərzində 12 məktəbəqədər və 25 ümumi təhsil müəssisəsi fəaliyyət göstərib.

AzEdu.az xəbər verir ki, bu Elm və Təhsil Nazirliyinin illik hesabatında deyilir.

Qeyd olunub ki, 2025-2026-cı tədris ilində ölkə üzrə həmin məktəbəqədər təhsil müəssisələrində uşaq sayı 408, işçi sayı 123, ümumi təhsil müəssisələrində isə şagird sayı 4825, işçi sayı 700 nəfərdir.

Xankəndi şəhərində yerləşən Qarabağ Universiteti fəaliyyətə başladığı ilk ildən etibarən yerləşdiyi regionun akademik və sosial reabilitasiyasında aparıcı qüvvəyə çevrilərək yüksək tələbəyönümlü mühiti ilə fərqlənməkdədir. Hazırda ali təhsil müəssisəsində təhsil alan hər bir gənc tamamilə ödənişsiz təhsil və ödənişsiz yataqxana ilə təmin olunur. Həmçinin, yüksək bal toplayan tələbələr üçün əlavə təqaüdlər də nəzərdə tutulub.

Tədris ilinin ən mühüm hadisələrindən biri cənab Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Universitetində iki yeni fakültənin – Biznes və iqtisadiyyat, eləcə də Tibb və sağlamlıq elmləri fakültələrinin və Qarabağ Universiteti Klinikasının açılış mərasiminin baş tutmasıdır. Eyni zamanda, dövlət başçısı tərəfindən Mühəndislik fakültəsinin yeni korpusunun təməli qoyulub və növbəti tədris ilindən bu fakültə tam müasir binada fəaliyyət göstərəcək.

Rusiyaya yenə dağıdıcı hücumlar başladı! - Zelenski xəbərdarlıq etdi
Son xəbərlərDaha çox