“Bu nəticə mənə daha böyük motivasiya verdi”.
Müəllimlərin sertifikatlaşdırılması prosesində uğur qazanan texnologiya müəllimi Türkan Məcnunova təəssüratlarını AzEdu.az-la bölüşüb.
Ağdam rayonu 35 nömrəli tam orta məktəbdə 8 ildir fəaliyyət göstərən müəllim bildirib ki, sertifikatlaşdırma imtahanında 39 dəqiqəyə 56 bal toplayıb:
“İmtahandan sonra nəticəmi öyrənəndə çox sevindim. Bu uğur mənə daha böyük motivasiya verdi. İnanıram ki, sentyabr ayından etibarən şagirdlərimin qarşısında daha böyük həvəslə dayanacaq, onların uğurları üçün daha əzmlə çalışacağam. Məktəbimizin yeni nailiyyətlər qazanmasına da öz töhfəmi verməyə davam edəcəyəm.
Belə addımlar bizi daha da ruhlandırır və işimizə məsuliyyətlə yanaşmağa təşviq edir. Xüsusilə ixtisas sualları asan idi”.