Azedu.az

Hələ 3 ildir işləyən gənc müəllimdən sertifikasiyadan 54 BAL

Sertifikasiya

25 İyun 2026, 17:01
Hələ 3 ildir işləyən gənc müəllimdən sertifikasiyadan 54 BAL

Şamaxı şəhər 10 nömrəli tam orta məktəbin texnologiya müəllimi Nərgiz İsmayılova müəllimlərin sertifikatlaşdırılması imtahanında 54 bal toplayaraq uğurlu nəticə əldə edib.

Artıq 3 ildir pedaqoji fəaliyyət göstərən gənc müəllim AzEdu.az-a açıqlamasında nəticəsindən qürur duyduğunu bildirib:

"İmtahanda 50 dəqiqə ərzində 54 bal topladım. Bu nəticəni yüksək qiymətləndirirəm və bununla qürur duyuram. İmtahan prosesi çox şəffaf keçdi, suallar tam olaraq ixtisasımıza uyğun idi.

Hazırlıq prosesində ixtisasımla bağlı dərslikləri oxumuşdum. İmtahanda proqramdan və tədris materiallarından kənar heç bir sual olmadı. Qarşımıza çıxan bütün tapşırıqlar ixtisasımıza uyğun hazırlanmışdı. Bu da imtahanın obyektiv və şəffaf keçirildiyini göstərirdi.

Daxilimdə müəyyən ümid var idi, amma bu qədər yüksək nəticə göstərəcəyimi düşünmürdüm. Suallarla tanış olduqdan sonra gördüm ki, onlar dərsliklərə və proqram materiallarına tam uyğundur. Bu da müəllimlər üçün böyük üstünlük yaradırdı.

Mənə görə sertifikatlaşdırmanın əhəmiyyəti çox böyükdür. Bu proses müəllimlərin daim öz üzərində işləməsinə, biliklərini yeniləməsinə və təkrar etməsinə stimul yaradır. Müəllimin inkişafı baxımından çox faydalı bir mexanizmdir.

İmtahana girəndə çox həyəcanlı idim. Amma imtahandan çıxıb nəticəni ekranda görəndə gözlərimə inanmadım. Bu nəticə mənə böyük sevinc və motivasiya bəxş etdi”.

Rusiyaya yenə dağıdıcı hücumlar başladı! - Zelenski xəbərdarlıq etdi
Son xəbərlərDaha çox