Azedu.az

Ali məktəblər “Məzun Günü”nü harada keçirəcək? - SORĞU

Tələbələr

27 May 2026, 10:38
Ali məktəblər “Məzun Günü”nü harada keçirəcək? - SORĞU

Universitetlərdə təhsil alan tələbələr üçün məzun günü unudulmaz və xüsusi günlərdən biri hesab olunur. Hər il olduğu kimi, bu il də müxtəlif ali təhsil müəssisələri məzun gecələrini fərqli tarix və məkanlarda təşkil etməyə hazırlaşır.

AzEdu.az mövzu ilə bağlı universitetlər arasında sorğu keçirərək məzun günlərinin harada və ayın neçəsi keçiriləcəyini öyrənib. 

Belə ki, sorğumuza cavab olaraq Bakı Dövlət Universitetindən (BDU) bildilrib ki, məzun günü 12 iyunda Milli Gimnastika Arenasında təşkil olunacaq. 

Azərbaycan Universitetindən (AU) bildirlib ki, bu barədə yekun qərar hələ yoxdur. 

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) verilən məlumata görə UNEC-in məzun günü 30 iyunda Kristal Zalda olacaq. 

Bakı Mühəndislik Universitetindən (BMU) bildirilib ki, məzun gününün iyun ayın sonunda keçirilməsi nəzərdə tutulur. BMU ən geniş kampusa mailk universitetlərdən biridir və hər il olduğu kimi Məzun gününün universitetin kampusunda təşkil olunması nəzərdə tutulur.

Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) bildirlib ki, məzun günü iyun ayının 19 da ATMU- nun həyətində keçiriləcək.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) verilən məlumata görə, məzun günü iyunun 22-si ADMİU-da keçiriləcək.

ADA Universitetində isə məzun günü universitetdə keçiriləcək. Tarixi isə hələ məlum deyil.  

Azərbaycan İdman Akademiyasından (AİA) bildilrib ki, məzun günü akademiyada keçirliləcək. 

Prezidentdən TƏCİLİ TAPŞIRIQ - Bu problem həll edilməlidir!
Son xəbərlərDaha çox