Azedu.az

Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA

Şagirdlər

15 May 2026, 14:23
Şagirdlər onlayn dərslərə belə qoşulacaqlar- Nazirlikdən AÇIQLAMA

WUF13 çərçivəsində Bakının bəzi məktəblərində tədrisin onlayn formatda davam etdirilməsi ilə bağlı şagirdlərə “Rəqəmsal məktəb” platforması vasitəsilə dərslərə qoşulma qaydaları təqdim olunub.

AzEdu.az-ın Elm və Təhsil Nazirliyindən əldə etdiyi məlumata görə, şagirdlər onlayn dərslərə qoşulmaq üçün əvvəlcə şəxsi kabinetlərinə daxil olmalı, daha sonra “Distant təhsil” bölməsinə keçid edərək Microsoft Teams hesabları vasitəsilə dərslərdə iştirak etməlidirlər.

Giriş zamanı istifadəçi adı kimi şagirdin student.edu.az domenli elektron poçtu, şifrə kimi isə valideyn tərəfindən təyin olunan parol istifadə olunur. Şifrəsini unudan şagirdlər isə valideyn kabineti vasitəsilə onu bərpa edə bilirlər.

Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərində distant (məsafədən) formada keçiriləcək.

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox