Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-19 14:33:00
“Müəlliməm” layihəsi başa çatdı

Ladyland Qadın Mərkəzi və Təhsilə Dəstək MMC-nin birgə layihəsi olan “Müəlliməm” layihəsi başa çatıb.

Layihənin təşkil olunmasında məqsəd, müəllim anlayışının həmkarlar, eyni zamanda cəmiyyət arasında nüfuzunun artırılması və bu peşənin perspektivlərinin “müəllim” adını daşıyan hər kəsə göstərilməsidir. Əlavə olaraq, müəllimlərin şagirdlərlə ünsiyyətində əsasən nəyə diqqət etmələri lazım olduğunun aşılanmasıdır.

Layihə çərçivəsində baş tutan birinci təlim Bakı Mühəndislik Universitetinin Riyaziyyat Kafedrasının baş müəllimi Bəhman Məmmədovun təqdimatında baş tutub. Təlimçi öz biliklərini, ideal müəllim obrazını necə yaratmaq lazım olduğuna dair fikirlərini iştirakçılarla bölüşüb. “Müəllimlik sevdadır” deyərək iştirakçı müəllimlərə motivasiya verməyi bacaran pedaqoq seminarın sonunda hərkəsə “nə yaxşı ki müəlliməm” dedirtməyi bacarıb.

“Müasir şagirləri necə öyrədək?” mövzusunda təlim keçən Nərgiz Məcidli isə təlim ərzində müasir öyrətmə metodlarından bəhs edib.

“Yaş psixologiyası”nın əhəmiyyətindən danışan psixoloq Yeganə Özçelebi də təlim müddətində biliklərini iştirakçılarla bölüşüb. Təlimçinin sözlərinə görə, öncə şagirdlərimizi tanıyıb sevməli, daha sonra onları öyrətmək lazımdır. Psixoloq, həmçinin, müəllimlərin şagirdlərlə ünsiyyətində əsasən nəyə diqqət etməli olduğunu da iştirakçıların nəzərinə çatdırıb.

Layihənin sonuncu seminarı isə“Gənc müəllim” layihəsinin rəhbəri Həbib Əlizadənin təqdimatında baş tutub. Əvvəlki 3 seminar ərzində dinlənilən müəllim modelinin real örnəyi olan Həbib Əlizadə səmimi formada müəllimin şagirdə necə həyat rəhbəri olmağından bəhs edib.

Qeyd edək ki, “Müəlliməm” layihəsi 12 saat olmaqla 4 seminardan ibarət olub və sonda R.LaGravenese’nin rejissoru olduğu “Azadlıq yazarları” filmi izlənilib. Filmi izlədikdən sonra duyğulanan iştirakçılar “şagirdlərimiz bizi gözləyir” deyib bir daha müəllim sənətinə olan sevdanın tükənməz olduğunu vurğulayıblar.

AzEdu.az layihədən fotoları təqdim edir: