Azedu.az

Abituriyentlər asan yolu seçir - hədəf ixtisas deyil, tələbə olmaqdır...

Şagirdlər

23 Aprel 2026, 11:24
Abituriyentlər asan yolu seçir - hədəf ixtisas deyil, tələbə olmaqdır...

Hələ ki, qəbul imtahanının birinci cəhdinə qeydiyyat prosesi başa çatmasa da, müşahidə olunur ki, qeydiyyatdan keçənlərin əksəriyyəti I ixtisas qrupunu seçib. Halbuki əvvəlki illərdə bu göstəricidə adətən III ixtisas qrupu üstünlük təşkil edirdi. Bu il isə görünən odur ki, lider I qrup olacaq.

Nəzərə alsaq ki, I qrupda keçid balları III qrupa nisbətən daha aşağıdır, lakin fənlər kifayət qədər çətindir.

Maraqlıdır, I ixtisas qrupunu seçənlərin sayında artımın əsas səbəbi nədir?

AzEdu.az-a mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev açıqlama verib.

170155

O qeyd edib ki, artıq digər ixtisas qruplarından olan şəxslər də sonradan ikinci ali təhsil vasitəsilə hüquq sahəsinə yönələ bilirlər:

“Müşahidə olunur ki, I ixtisas qrupu üzrə müraciət edənlərin sayı ümumi müraciətlərin demək olar ki, yarısına bərabərdir. Bu isə, ilk növbədə, həmin qrupda ixtisasların sayının çox olması, keçid ballarının nisbətən aşağı olması və plan yerlərinin genişliyi ilə bağlıdır. Yəni qəbul şansının daha yüksək olması abituriyentləri I ixtisas qrupunu seçməyə təşviq edir.

Xüsusilə bu il bu üstünlük daha qabarıq şəkildə hiss olunur. III ixtisas qrupu üzrə müraciətlərin azalması isə bir neçə səbəblə izah oluna bilər. Bunlardan biri bu qrupda keçid ballarının yüksək olmasıdır. Digər mühüm səbəb isə odur ki, bu qrupda əsas rəqabət hüquq ixtisası üzərində qurulur.

Son illərdə hüquq üzrə ikinci ali təhsil imkanlarının yaradılması isə vəziyyəti dəyişib. Artıq digər ixtisas qruplarından olan şəxslər də sonradan ikinci ali təhsil vasitəsilə hüquq sahəsinə yönələ bilirlər. Bu səbəbdən abituriyentlər daha çətin və rəqabətli yolu seçmək əvəzinə, əvvəlcə digər ixtisas qruplarına qəbul olub, daha sonra ikinci ali təhsil vasitəsilə hüquq sahəsinə keçməyi daha əlverişli hesab edirlər.

Eyni zamanda əmək bazarında I ixtisas qrupuna aid sahələrə tələbatın daha yüksək olması da həm abituriyentlərin, həm də valideynlərin bu istiqamətə marağını artırır".

İran Azərbaycanı uşaqlarla hədələdi: Qadınlara da silah paylandı
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox