Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-18 12:09:33
“Yalnız bu universitetlər saxlanılmalıdır,  digərləri  Azərbaycan təhsilinə lazım deyil” – İqbal Ağazadə    

“Universitetlər ixtisaslar  üzrə  təmərküzləşməlidirlər. Belə hesab edirəm ki, hazırda Azərbaycanda yalnız  5-6  sahə üzrə universitetlər saxlanılmalı,  yerdə qalanların  hamısı ləğv olunmalıdır. Eyni ixtisas üzrə təhsil verən universitetlər bir ad altında birləşdirilməlidir”.

Bunu AzEdu.az-a  açıqlamasında  Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib. O, Azərbaycan ali təhsil sistemindəki mövcud problemlər və görüləsi işlər barəsində danışarkən, deyib.

Onun fikrincə, bu universitetlərdəki  birləşdirilməlidir:

Məsələn, Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universitetinin regionşünaslıqla bağlı sahələri, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universitetinin müəllimlik ixtisasları hamısı bir universitetdə birləşməlidir.

Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Neft və Sənaye Universiteti kimi texniki elmlərlə bağlı universitetlər,  həmçinin, UNEC, Kənd Təsərrüfatı Akademiyası kimi iqtisadiyyatla bağlı ali məktəblər  də bir ad altında fəaliyyət göstərməlidir.

Tibb Universitetinin səlahiyyətləri genişləndirilməli, Bakı Dövlət Universiteti isə elmi kadrların hazırlanması və beynəlxalq münasibətlər sistemində öz yerini qorumalı və səlahiyyətləri genişləndirilməlidir. Yerdə qalan universitetlər Azərbaycan təhsilinə lazım deyil. Dövlət universitetləri birləşərək müəyyən sahə üzə ixtisaslaşmalı və təhsil dövlət hesabına təmin olunmalıdır”.

İ. Ağazadənin fikrincə, orta ixtisas təhsil müəssisələrinin əvəzinə peşə təhsili müəssisələrinə diqqətin artırılması daha vacibdir:

“Mən belə hesab edirəm ki, hazırda  texnikum tipli orta ixtisas məktəblərinə deyil, texniki peşə məktəblərinə ehtiyac var.

Orta ixtisas təhsili özünü lazımı səviyyədə doğrultmayıb. Orta ixtisas təhsilini peşə ixtisas təhsili ilə əvəz etmək lazımdır.

Peşə məktəblərində texniki sahələrdən tutmuş, tibb bacılığı, tibb qardaşlığına kimi peşə sahələri üzrə birillik, bəzən öyrənilməsi çətin peşələrdə 2-3 illik kursların  keçirilməsi kifayətdir.

Hazırda orta ixtisas müəssisələrini bitirənlərin işlə təmin olunması da çətin olur. Yuxarı səviyyəli iş yerlərinə ali təhsil tələb olunur yerdə qalan iş yerlərində isə, onlar işləmək istəmirlər. Bu səbəb dən də bu aralıq sistem, orta ixtisas təhsili ləğv olunmalı, yerini peşə təhsilinə verməlidir”.

Rəna Nəbi